İspaniyanın "Atletiko" klubu La Liqanın XXVII turunda gözlənilməz məğlubiyyətlə üzləşib. Madrid təmsilçisi səfərdə "Xetafe" klubuna 2:1 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran “Xetafe"” 11-ci pilləyə yüksəlib. “Atletiko Madrid” isə 56 xalla ikinci pillədədir.