Mərkəzi oyunda qalib müəyyənləşmədi

Mərkəzi oyunda qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasında 28-ci turun mərkəzi oyunu keçirilib. "Mançester Yunayted" komandası  doğma meydanda "Arsenal"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda hesabı 45+2-ci dəqiqədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş açıb. 74-cü dəqiqədə Deklan Rays hesabı bərabərləşdirib.

Bu nəticədən sonra xallarını 55-ə çatdıran "Arsenal" ikinci, ev sahibi komanda isə 34 xalla 14-cü sırada qərarlaşıb.