Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edirlər.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, hazırlıq prosesinə milli komandaların 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.
Təlim-məşq toplanışı martın 21-23-də Gürcüstanda keçiriləcək Tbilisi “Böyük Dəbilqə” turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi martın 17-də yekunlaşacaq.