Millimiz qitə çempionatının II seçmə mərhələsində Bolqarıstana qalib gəlib

Millimiz qitə çempionatının II seçmə mərhələsində Bolqarıstana qalib gəlib

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib. B Liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstana qalib gəlib. Bayıl stadionunda təşkil olunan görüş millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçilərimizin heyətində Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) fərqləniblər. 

Qeyd edək ki, yığmamız ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə məğlub olub.