Vətən müharibəsi qazisi beynəlxalq turnirin finalına vəsiqə qazandı

Vətən müharibəsi qazisi beynəlxalq turnirin finalına vəsiqə qazandı

Olimpizm xəbərləri

15.03.2025, 17:09

Azərbaycan paralimpiyaçısı Polad Rzayev ilk beynəlxalq turnirində final mərhələsinə vəsiqə qazanıb. Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində LW3 kateqoriyası üzrə mübarizə aparan Vətən müharibəsinin qazisi ilk mərhələni 1:40.19 nəticə ilə uğurla başa vurub. İdmançımız bu nəticə ilə həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ilk mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR