Abdullayeva Svetlana Alimovna 1965-ci il mart ayının 19-da Bakı şəhərində anadan olub.
O, 1997-ci ildən Milli Olimpiya Komitəsində (MOK) fəaliyyət göstərir. Hazırda MOK-un maliyyə direktoru vəzifəsində çalışır.
Svetlana Abdullayeva işlədiyi müdddətdə öz işgüzarlığı və peşəkar fəaliyyəti ilə MOK-un kollektivinin dərin hörmətini qazanıb. Onun bu fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Svetlana Abdullayeva Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ömür də bir kitabdır. İnsan yaşadığı illər boyu öz fəaliyyəti ilə bu kitabın qızıl səhifələrini yazır. İnanırıq ki, Svetlana xanımın ömür kitabına bundan sonra da sevinc dolu günlər, mənalı illər və dəyərli ömrün unudulmaz anları həkk olunacaqdır.
Milli Olimpiya Komitəsinin və “Olimpiya dünyası” qəzetinin kollektivi olaraq Svetlana xanımı yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzum ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
ÖMÜR DƏ BİR KİTABDIR


