"Neftçi"dən inamlı qələbə 

"Neftçi"dən inamlı qələbə 

Azərbaycan Basketbol Liqasının XIX turunda "Neftçi" "Sərhədçi"yə qalib gəlib.

A qrupunda baş tutan matçda "ağ-qaralar" 84:68 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58, "Sabah" isə NTD-ni105:79 hesabı ilə məğlub edib.