Lerik şəhər Heydər Əliyev meydanında “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi tədbir keçirilib. Tədbirdə müxtəlif yaşda olan şəxslər idman bölmələri üzrə mütəxəssislərin rəhbərliyi altında müxtəlif idman növləri ilə məşğul olublar. Burada əsas məqsəd sağlam həyat tərzinin təbliğ edilməsi, əhalinin idmana olan marağının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili olub.
Məlumat üçün bildirək ki, kütləvi idman tədbiri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.