Aprelin 12-13-də İtaliyanın Linyano şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku yarışı keçiriləcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək mötəbər yarışda 29 ölkədən ümumilikdə 534 idmançı iştirak edəcək.
Azərbaycan turnirdə 5 çəki dərəcəsində 7 qadın cüdoçu ilə təmsil olunacaq. Komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığma komandanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Yarışda ölkəmizi Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Gülnarə Bayramova və Vüsalə Hacıyeva (57 kq), Nilgün Rzayeva və Leyla Atayeva (63 kq), eləcə də Pərvanə Abdullayeva (70 kq) təmsil edəcəklər.
Gənc cüdoçularımız Avropa Kubokunda qüvvələrini sınayacaqlar
