"Barselona" çempionluğa bir addım da yaxınlaşdı

\"Barselona\" çempionluğa bir addım da yaxınlaşdı

BOK

13.04.2025, 02:42

 İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Barselona" klubu səfərdə "Leqanes"lə qarşılaşıb. Görüşdə kataloniyalılar minimal hesabla - 1:0 qalib gələrək vacib 3 xal qazanıblar. Bu qələbə sayəsində Hansı Filikin komandası xallarının sayını 70-ə çatdırıb və turnir cədvəlində liderliyini möhkəmləndirib. Onların ən yaxın izləyicisi "Real Madrid" isə 30 turdan sonra 63 xala malikdir. Beləliklə, "blauqranalar" Madrid təmsilçisi ilə xal fərqini 7-yə yüksəldiblər. "Real" bu tur oyununu hələ keçirməyib. "Kral klubu" bu tur səfərdə "Alaves"lə qarşılaşacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR