"El Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
Olimpizm xəbərləri
26.04.2025, 13:20
Futbol dünyasının ən möhtəşəm qarşılaşmalarından biri olan "El Klasiko" öncəsi "Barselona" və "Real Madrid" arasında indiyədək keçirilən rəsmi oyunların statistikası açıqlanıb. İki nəhəng klub bu günə qədər 259 rəsmi matçda üz-üzə gəlib. Bu qarşılaşmalarda "Barselona" 102 qələbə qazanıb, 52 oyun heç-heçə başa çatıb. 105 dəfə isə Madrid təmsilçisi üstün olub. Qol fərqində də "Kral klubu" cüzi üstünlüyə malikdir - 435 qol, "Barselona" isə 428 dəfə rəqib qapısına yol tapıb. "Blauqrana" bu oyunlarda 55 dəfə qapısını toxunulmaz saxlaya bilib. La Liqa çərçivəsində isə tərəflər 189 dəfə qarşılaşıb. "Barselona" 74, "Real Madrid" 79 dəfə qələbə əldə edib, 35 görüş isə heç-heçə ilə yekunlaşıb. "Barselona" evdə keçirdiyi 95 oyunun 52-də qalib gəlib, 20 dəfə bərabərə qalıb və 23 dəfə məğlub olub. Səfər oyunlarında isə kataloniyalılar 23 qələbə, 15 heç-heçə və 56 məğlubiyyətlə yadda qalıblar. Qeyd edək ki, indiyədək 39 futbolçu hər iki klubun formasını geyinib. "El Kasiko" tarixində ilk duel 13 may 1902-ci ildə "Kopa de la Koronacion" turniri çərçivəsində baş tutub və "Barselona"nın 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Bu günə qədər keçirilən "El Klasiko"larda bombardirlər sırasında Lionel Messi zirvədə qərarlaşıb. Argentinalı ulduz rəqib qapısına 26 dəfə yol taparaq "El Klasiko" tarixinin ən məhsuldar futbolçusu olub. Onun ardınca "Real Madrid"in əfsanəsi Alfredo Di Stefano və portuqaliyalı superulduz Kriştianu Ronaldo 18 qolla bərabər nəticə göstəriblər. Siyahıda daha sonra Kərim Benzema (16 qol), Raul Qonzales (15 qol), Sezar Rodrigez Alvarez, Pako Gento və Ferenk Puşkaş (14 qolla) yer alır. "El Klasiko" arenasında ən çox meydana çıxan oyunçular sırasında Serxio Bustkes liderlik edir. "Barselona"nın keçmiş kapitanı 48 dəfə bu nəhəng dueldə forma geyinərək rekord müəyyənləşdirib. Onu Lionel Messi və Serxio Ramos (45 oyun), Karim Benzema (43 oyun), Pako Gento, Xavi və Manuel Sançes (42 oyun) izləyirlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol