Tennis üzrə “Böyük Dəbilqə” turnirinin italiyalı qalibi Yannik Sinner ölkəsinin Milli Olimpiya Komitəsinin (MOK) ali mükafatı olan “Qızıl Yaxa”nı (Collare d Oro) mükafatına layiq görülüb.
"Olimpnews.az" xəbər verir ki, mükafatı ona İtaliya MOK-nun rəhbəri Covanni Malaqo təqdim edib. Dünyanın bir nömrəli tennisçisininm məşqçisi Simone Vaqnozzi də "Palma d'Oro" mükafatını alıb.