Azərbaycanda pulsuz evlər VERİLƏCƏK - BU ŞƏXSLƏRƏ
Olimpizm xəbərləri
14.05.2025, 11:57
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Olimpnews.az Ajans.az-a istinadən xəbər verir ki, yeni imzalanan sənədlə 2025-ci ildə imtiyazlı şəxslərin pulsuz mənzil təminatı davam etdiriləcək və eləcə də bu proses 2030-cu ilədək nəzərdə tutulacaq. Yəni imtiyazlı şəxslər və ailələrin mənzil təminatı 2025-ci ilin sonunadək deyil, 2030-cu ilədək həyata keçiriləcək. Bu da həmin müddətdə bütün imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatına imkan verəcək.
Sərəncama əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi davam etdiriləcək.
İqtisadçı deputat Vüqar Bayramov deyib ki, qanunvericiliyə əsasən, qeyd edilənlər ilə yanaşı, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub:
“2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri də imtiyazlı ailələr hesab olunurlar.
Hər il dövlət büdcəsindən imtiyazlı şəxslərin mənzil təminatı üçün vəsait ayrılır. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. 2025-ci ildə isə daha 1000 mənzilin verilməsi nəzərdə tutulub”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol
-
"Aquatic Palace Mini Water Polo Festival" keçirilib
31.08.2026, 21:16 Su idman növləri
-
Cüdo millimiz beynəlxalq turnirdə 11 medalla birinci oldu
31.08.2026, 18:10 Cüdo
-
Azərbaycan Su İdman Növləri Federasiyası "Yay məktəbi" təşkil edəcək
31.08.2026, 17:07 Su idman növləri
-
Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək
31.08.2026, 16:48 Boks
-
Gənc cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
31.08.2026, 16:31 Olimpizm xəbərləri
-
Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək
31.08.2026, 16:27 Olimpiya dünyası
-
Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar
31.08.2026, 16:04 Olimpiya dünyası
-
"Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib
31.08.2026, 15:49 Olimpiya dünyası
-
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
31.08.2026, 12:13 Futbol