"Lester Siti"in ildə vidalaşan Ceymi Vardi İspaniya çempionatında çıxış edə bilər.
Olimpnews.az xəbər verir ki, ingiltərəli futbolçu "Valensiya"nın diqqət mərkəzinə düşüb. "Yarasalar"ın meneceri Karlos Korberan Vardinin keçidi üçün bütün işlərin tamamlandığını bildirib.
Qeyd edək ki, o, bu mövsüm 36 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.