Elxan Məmmədov: “Hər bir çəkidə medal üçün mübarizə aparacağıq”
Olimpizm xəbərləri
11.06.2025, 20:14
İyunun 13–20-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 10 çəki dərəcəsində 13 (9 kişi, 4 qadın) cüdoçu fərdi yarışlarda təmsil edəcək. Artıq komandamızın çempionata hazırlıq prosesi yekunlaşıb. Cüdo üzrə milli komandamızın böyük məşqçisi, dünya çempionu Elxan Məmmədovla mundiala hazırlıqla bağlı həmsöhbət olduq. Mütəxəssis komandamızın hazırlıq prosesi və cüdoçularımızın şansları barədə danışıb.
- Elxan müəllim, cüdo üzrə dünya çempionatı artıq start ərəfəsindədir. Komandamızın ümumi hazırlıq vəziyyəti necədir? - Komandamızın hazırlıq səviyyəsi çox yaxşıdır. Heyətdə müsbət əhval-ruhiyyə var. Demək olar ki, millimizin bütün üzvləri çəkisalma prosesindədirlər. Hər şey qaydasındadır.
- İstərdik ki, bir qədər də komandamızın hazırlıq mərhələsi barədə məlumat verəsiniz. - Millimiz yanvar ayından təlim-məşq toplanışlarına başlayıb. Avstriya, Fransa və Belçikada hazırlıq prseslərində iştirak edik. Komandamız həmçinin Yaponiyada “Gündoğar ölkə” təmsilçiləri ilə birgə hazırlıq keçib. Ölkə xaricində son hazırlıq prosesi isə İspaniyada təşkil olunub. Millimizin son hazırlığı isə Bakıda olub.
- Son Olimpiya Oyunları ilə müqayisədə kişilərdən ibarət milli komandamızın heyətində müəyyən dəyişiklikləri görmək olur. Xüsusilə də aşağı çəki dərəcələrində yeni simalar yer alıb. Bir qədər bu dəyişikliklər barədə məlumat verərdiniz. - Son olimpiadada millimizi aşağı çəkilərdə Balabəy Ağayev və Yaşar Nəcəfov təmsil edib. Budəfəki dünya çempionatında isə demək olar ki, başqa bir heyətlə təmsil olunacağıq. Onlardan biri 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov, digəri isə 66 kq çəkili idmançımız Ruslan Paşayevdir. Ruslan bu il Parisdəki “Böyük Dəbilqə” turnirinin qalibi olub. Əhməd Yusifov isə Bakıda keçirilən “Böyük Dəbilqə” və sonuncu Avropa çempionatında bürünc medal qazanıb. Bundan başqa 73 kiloqram çəki dərəcəsində Rəşid Məmədəliyev də yığmanın heyətinə daxil olub. O, bu il Monteneqroda keçirilən Avropa çempionatında gözəl çıxış edərək bürünc medal qazanıb. Bir sözlə, bu nəticələr həmin cüdoçuların dünya çempionatına gedən yolunu açdı. Əlbəttə, belə idmançıların heyətə cəlb edilməsi müəyyən çəkilərdə rəqabətin daha çox olduğunu göstərir. Biz onların hər birindən dünya çempionatında uğurlu nəticə gözləyirik.
- Millimizin heyətində fiziki və psixoloji durum necədir? Dünya çempionatı kimi məsuliyyətli yarış öncəsi məşqçilər heyəti hansı detallara daha çox diqqət yetirir? - Dünya çempionatı sıradan bir yarış deyil. Bu ilin ən mötəbər idman hadisələrindən biridir. Azərbaycan komandası bu yarışda 9 idmançı ilə təmsil olunacaq. Onların hər biri beynəlxalq arenalarda fərqlənmiş idmançılardır. Demək olar ki, heyətdə yer alan hər bir cüdoçu illər ərzində güləşmiş və psixoloji hazırlığa malikdir. Hər bir idmançımız bu turnirin mahiyyətini yaxşı dərk edir və psixoloji olaraq bu yarışa hazırdır. Biz də məşqçilər heyəti olaraq bacardığımız qədər komandamıza lazimi dəstəyi göstərəcəyik.
- Ötən mundialdakı uğurlu nəticələr məsuliyyəti daha da artırır. Burada əsasən lider idmançılarımızın - Hidayət Heydərov və Zelim Kotsoyevin çıxışını nəzərdə tuturam. Zelim olimpiadadan sonra Avropa çempionatında iştirak etsə də, Hidayət üçün bu turnir dördilliyin zirvə yarışından sonra ilk ciddi sınaq olacaq. Necə düşünürsünüz, bu qədər aradan sonra idmançılarımız həmin uğuru yenidən təkrarlaya biləcəklərmi? - Təbii ki, yığmamızın əsas üzvlərindən hesab edilən Hidayət Heydərov və Zelim Kotsoyev yarışa dünya, Avropa və Olimpiya çempionu qismində yollanırlar. Onlar hansı yarışda iştirak etiklərinin fərqindədirlər. Çalışacaqlar ki, bu çempionatda öz titullarını qorusunlar. Zelim Avropa çempionatında çıxış etdi. Amma Hidayət müəyyən səbəblərə görə bu yarışı buraxmalı oldu. Çünki o, yarış ərəfəsində xəstələnmişdi. Amma Hidayət möhkəm iradəyə və motivasiyaya malik olan bir idmançıdır. İnanıram ki, bu mundialda uğurla çıxış edəcək. Həm Zelimdən, həm də Hidayətdən yeni qələbələr gözləyirik. - Elxan müəllim, dünya çempionatında rəqiblərimizin siyahısına nəzər yetirsək kifayət qədər dünya, Avropa və Olimpiya çempionlarının adlarını görmək olar. Belə titullu idmançılarla rəqabətdə komandamızın medal şanslarını necə dəyərləndirirsiniz? - Dünya çempionatında yaponiyalı və rusiyalı idmançıların, eləcə də Koreya kimi zəngin cüdo ənələrinə malik olan ölkələrin işirak etməsi bizi gərgin mübarizələrin gözlədiyindən xəbər verir. Amma Azərbaycanın da cüdo ənənələri var. Necə deyərlər, biz də zəif ölkə deyilik. Dünya miqyasında öz sözünü deyən cüdoçularımız və kifayət qədər güclü komandamız var. Əlbəttə, şanslarımız böyükdür. Hər bir çəkidə medal üçün mübarizə aparacağıq. Çünki son yarışlar, xüsusən də son dünya çempionatı və Olimpiya Oyunlarındakı nəticələrimiz belə deməyə əsas verir. Azərbaycan cüdosuna diqqət və qayğı böyükdür. Federasiya rəhbərliyi tərəfindən cüdoçularımıza hərtərəfli şərait yaradılıb. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Azərbaycanın üç dünya çempionundan birincisisiniz. Növbəti ad sizcə hansı ola bilər? - Hər bir cüdoçumuzun uğurla çıxış edəcəyinə inanıram. Sözün düzünü desəm, yenidən Hidayət Heydərovdan, Zelim Kotsoyevdən çempionluq gözləyirik. Bundan başqa Elcan Hacıyev və Zelim Tçkayevdən də qızıl medal gözləməyə dəyər. Şanslarımız var. Görək necə olacaq.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
Bugün, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
Bugün, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
Bugün, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
Bugün, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
Bugün, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
Bugün, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
Bugün, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo