Skopye-2025: Bu gün 16 idmançımız festivalda mübarizəyə başlayır

Skopye-2025: Bu gün 16 idmançımız festivalda mübarizəyə başlayır

Bu gün Şimali Makedoniya və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının ilk yarış gününə start veriləcək.

Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə Azərbaycan komandasının 16 idmançısı mübarizəyə başlayacaq. Təmsilçilərimizdən 9-u atletika, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı, 2-si isə badminton yarışlarında iştirak edəcək.

İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:

 

21 iyul

11:31. Üzgüçülük (qızlar), II təsnifat mərhələsi

İdmançı: Vlastilina Xasyanova (100 metr sərbəst üsul)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

11:36. Atletika (qızlar), I mərhələ III təsnifat yarışı

İdmançı: Safiya Kərimova (100 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu

 

11:46. Üzgüçülük (oğlanlar) - II təsnifat yarışı,

İdmançı: Fərhad Şirməmmədli (400 metr sərbəst üsul)

İdmançı: Ramal Sadıqlı (400 metr sərbəst üsul)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

12:11Üzgüçülük (qızlar) - II təsnifat yarışı,

İdmançı: Mehri Əbdürrəhmanlı (200 metr batterflay)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

12:14. Atletika (oğlanlar), I mərhələ IV təsnifat yarışı

İdmançı: Həmid Nəbiyev (100 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu

 

12:40. Atletika (oğlanlar), I mərhələ, I təsnifat yarışı

İdmançı: İsgəndər Əsgərov (800 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu

 

12:45. Atletika (qızlar), təsnifat mərhələsi, A qrupu

İdmançı: Mələk Hüseynova (uzunluğa tullanma)

Məkan: Todor Proeski milli stadionu

 

13:01. Üzgüçülük (qızlar), təsnifat mərhələsi, II təsnifat yarışı

İdmançı: Vlastilina Xasyanova (200 metr arxasıüstə)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

13:30. Badminton (oğlanlar, fərdi), G qrupu, ilk görüş

İdmançı: Petr Briza (Çexiya) - Əli Gözəlov (Azərbaycan)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

14:30. Badminton (qızlar, fərdi), G qrupu, I oyun

İdmançı: Viktoriya Kumanyayaeva (Azərbaycan) - Diya Meri Çerian (Danimarka)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

16:50. Güllə atıcılığı, qarışıq komanda, təsnifat mərhələsi

İdmançı: Leyli Əliyeva və Oleq Kerjankin (pnevmatik tapança,10 m)

Məkan: Partizan idman zalı

 

18:30. Badminton (oğlanlar, fərdi), G qrupu, II oyun

İdmançı: Dionis Morina (Kosovo) - Əli Gözəlov (Azərbaycan)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

20:13. Atletika (oğlanlar), I mərhələ, II təsnifat yarışı

İdmançı: Əmir İsmayılov (110 m sədlərlə qaçış)

Məkan: Todor Proeski milli stadionu

 

20:46. Atletika (qızlar), I mərhələ, III təsnifat yarışı

İdmançı: Mədinə Hüseynzadə (400 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu

 

21:08. Atletika (oğlanlar), I mərhələ, II təsnifat yarışı

İdmançı: Nihat Tağıyev (400 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu

 

21:10. Atletika (oğlanlar), final mərhələsi

İdmançı: Fərhad Quliyev (nüvəitələmə) – 19:10

Məkan: Todor Proeski milli stadionu

 

Azər Əlizadə