Olimpiya çempionunu 36 saniyə qabaqladı - Rekord

Olimpiya çempionunu 36 saniyə qabaqladı - Rekord

Almaniyalı qaçışçı Ove Fişer-Breyholz 23 yaşadək qızlar arasında 400 metr məsafəyə maneələrlə yeni nailiyyətə yiyələnib.

Olimpnews.az xəbər verir ki, o, bu məsafədə əvvəlki rekordçu, norveçli Olimpiya çempionu Karsten Uorholmdan daha sürətli qaçaraq, yeni Avropa rekordu müəyyənləşdirib. Belə ki, Ove məsafəni 48,01 saniyəyə başa vurub, bu da əvvəlki yarış rekordundan 0,36 saniyə tezdir.

"Bu, şübhəsiz ki, karyeramın ən xoşbəxt günüdür. İnana bilmirəm! Medal hər zaman beynimdə idi. Hamı inanırdı, amma inanmaq azdır. Qalan hər şey özümdən asılıdır", - deyə  Eurosport.de Fişer-Breyholzdan sitat gətirib.

Qeyd edək ki, Ove Fişer-Breyholzun göstərdiyi nəticə 400 m maneələrlə qaçışda dünyada mövsümün altıncı ən yaxşı nəticəsidir.