Rza Xəlilli: "Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir"

Rza Xəlilli: "Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir"

"Finala qədər böyük qüvvə sərf etdim. Lakin beynəlxalq yarışlarda qazandığım təcrübə öz sözünü dedi". 
Bu sözləri bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında komandamıza qızıl medal qazandıran Rza Xəlilli deyib. 
-50 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alan idmançımız bu medalın onun üçün çox dəyərli olduğunu deyib. 
"Festivalda qızıl medal qazanmaq heç də asan deyil. Burada qitənin ən yaxşı cüdoçuları iştirak edirlər. Çox xoşbəxtəm ki, finala qədər irəliləyib, qızıl medal qazandım. Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir. Fürsətdən istifadə edib, əldə etdiyim nailiyyətlərdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm", - deyə Rza Xəlilli bildirib. 
Qeyd edək ki, Rza Xəlilli finalda ispaniyalı Alexandra Çiarroniyə qalib gələrək komandamıza Skopye-2025-də ilk qızıl medalı qazandırıb.    

Rza Xəlilli: "Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir" Rza Xəlilli: "Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir"