XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edən daha bir cüdoçumuz final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, Avropa çempionumuz Rəsul Əlizadə yarımfinalda isveçrəli Silvano Koriyə qalib gəlib. Bununla da finala yüksələn cüdoçularımızın sayı üçə çatıb.
Qeyd edək ki, daha əvvəl digər cüdoçularımız Rza Xəlilli (-50 kq) və Gülşən Hüseynova (-44 kq) da finala mərhələsinə vəsiqə qazanıblar.
Skopye-2025: daha bir cüdoçumuz finala vəsiqə qazandı
