Cüdoçumuz Olimpiya festivalına qələbə ilə başladı

Cüdoçumuz Olimpiya festivalına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Rza Xəlilli Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevskiyə qalib gəlib. 

Cüdoçumuzun 1/4 final mərhələsindəki rəqibi macarıstanlı Milan Szabo olacaq. 

Qeyd edək ki, Yan Sandanski İdman Mərkəzində keçirilən yarışda bu gün daha iki cüdoçumuz - son Avropa çempionumuz Rəsul Əlizadə (-55 kq) və Avropa çempionatının bürünc medalçısı Gülşən Hüseynova (-44 kq) da tatami üzərinə çıxacaq.