Skopye-2025: dördüncü yarış gününün GÜNDƏLİYİ

Skopye-2025: dördüncü yarış gününün GÜNDƏLİYİ

Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının dördüncü yarış gününə start veriləcək.

Olimpnews.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycanın 18 idmançısı 6 (cüdo, taekvondo, üzgüçülük, şose velosipedi, stolüstü tennis, badminton) idman növündə mübarizə aparacaq.

Fərdi yarışlarda qüvvəsini sınayacaq 18 idmançımızla yanaşı, stolüstü tennis cütlüklərimiz və üzgüçülük proqramında qarışıq estafet - 4x100 m kompleks üzmə üsulla estafet üzrə (iki oğlan və iki qızdan ibarət) komandamız da mübarizə aparacaq.

İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:

24 iyul

09:00. Taekvondo (oğlanlar), -55 kq
İdmançı: Tomas Kainq (Çexiya) - Aydın Süleymanov (Azərbaycan)

Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti

 

09:00. Şose velosipedi (qızlar), final mərhələsi

İdmançı: Leyla Həşimova

İdmançı: Sevinc Sultanzadə

İdmançı: Məryəm Hüseynova

Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı

 

09:35. Üzgüçülük (qızlar), təsnifat mərhələsi, I seçmə yarışı

İdmançı: Mehri Abdurrəhmanlı (100 m arxasıüstə)

İdmançı: Vlastilina Xasyanova (100 m arxasıüstə)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

09:55. Cüdo (qızlar), -57 kq, 1/16 final
İdmançı: Səmayə Yusifli (Azərbaycan) - Konstans Dos Reis (Fransa)

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

10:00. Badminton (qarışıq cütlər), 1/32 final

İdmançı: Əli Gözəlov/ Viktoriya Kumanyayeva (Azərbaycan) - Arauxo/Putri (İsveçrə)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

10:10. Cüdo (qızlar), -63 kq, 1/16 final
İdmançı: Julia Pinter (Macarıstan) -Ayan Əliyeva (Azərbaycan)

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

10:15. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I seçmə yarış

İdmançı: Amin Oruclu (100 m batterflay)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

10:30. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I seçmə yarış

İdmançı: Fərhad Şirməmmədli (200 m sərbəst üsul)

İdmançı: Ramal Sadıqlı (200 m sərbəst üsul)

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

10:45. Üzgüçülük (Qarışıq estafet - 4x100 m kompleks üzmə), təsnifat mərhələsi, I seçmə yarış

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

10:55. Cüdo (oğlanlar), -81 kq, 1/8 final
İdmançı: Nikola Petrov (Şimali Makedoniya) - Amin Mehdiyev (Azərbaycan)

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

11:00. Taekvondo  (oğlanlar), -63 kq, 1/32 final
İdmançı Yakub Soltysiak (Polşa) - Ziya Həsənli (Azərbaycan)

Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti

 

11:00. Şose velosipedi (oğlanlar), final mərhələsi

İdmançı: Çingiz İsayev

İdmançı: Nihad Xudoyev

İdmançı: Asiman Qasımov

Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı

 

11:40. Cüdo (oğlanlar), -73 kq, 1/8 final
İdmançı: Məhəmməd Ağakişiyev (Azərbaycan) - Antonio Stoyçeski (Şimali Makedoniya) - Tiqran Saruxanyan (Ermənistan) görüşünün qalibi

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

11:00. Taekvondo (oğlanlar), -55 kq, 1/32 final
İdmançı: Sila Uzuncavdar (Türkiyə) – Sehri Cəlalaova (Azərbaycan)

Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti

 

14:00. Stolüstü tennis (qarışıq cütlər), 1/16 final

İdmançı: Kadet/Skalda (Rumıniya) - Uğur Nəzərli/Şəbnəm Mansurova (Azərbaycan)

Məkan: “Partizan” idman zalı