Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının dördüncü yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycanın 18 idmançısı 6 (cüdo, taekvondo, üzgüçülük, şose velosipedi, stolüstü tennis, badminton) idman növündə mübarizə aparacaq.
Fərdi yarışlarda qüvvəsini sınayacaq 18 idmançımızla yanaşı, stolüstü tennis cütlüklərimiz və üzgüçülük proqramında qarışıq estafet - 4x100 m kompleks üzmə üsulla estafet üzrə (iki oğlan və iki qızdan ibarət) komandamız da mübarizə aparacaq.
İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:
24 iyul
09:00. Taekvondo (oğlanlar), -55 kq
İdmançı: Tomas Kainq (Çexiya) - Aydın Süleymanov (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:00. Şose velosipedi (qızlar), final mərhələsi
İdmançı: Leyla Həşimova
İdmançı: Sevinc Sultanzadə
İdmançı: Məryəm Hüseynova
Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
09:35. Üzgüçülük (qızlar), təsnifat mərhələsi, I seçmə yarışı
İdmançı: Mehri Abdurrəhmanlı (100 m arxasıüstə)
İdmançı: Vlastilina Xasyanova (100 m arxasıüstə)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
09:55. Cüdo (qızlar), -57 kq, 1/16 final
İdmançı: Səmayə Yusifli (Azərbaycan) - Konstans Dos Reis (Fransa)
Məkan: Yan Sandanski İdman Mərkəzi
10:00. Badminton (qarışıq cütlər), 1/32 final
İdmançı: Əli Gözəlov/ Viktoriya Kumanyayeva (Azərbaycan) - Arauxo/Putri (İsveçrə)
Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb
10:10. Cüdo (qızlar), -63 kq, 1/16 final
İdmançı: Julia Pinter (Macarıstan) -Ayan Əliyeva (Azərbaycan)
Məkan: Yan Sandanski İdman Mərkəzi
10:15. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I seçmə yarış
İdmançı: Amin Oruclu (100 m batterflay)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
10:30. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I seçmə yarış
İdmançı: Fərhad Şirməmmədli (200 m sərbəst üsul)
İdmançı: Ramal Sadıqlı (200 m sərbəst üsul)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
10:45. Üzgüçülük (Qarışıq estafet - 4x100 m kompleks üzmə), təsnifat mərhələsi, I seçmə yarış
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
10:55. Cüdo (oğlanlar), -81 kq, 1/8 final
İdmançı: Nikola Petrov (Şimali Makedoniya) - Amin Mehdiyev (Azərbaycan)
Məkan: Yan Sandanski İdman Mərkəzi
11:00. Taekvondo (oğlanlar), -63 kq, 1/32 final
İdmançı Yakub Soltysiak (Polşa) - Ziya Həsənli (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
11:00. Şose velosipedi (oğlanlar), final mərhələsi
İdmançı: Çingiz İsayev
İdmançı: Nihad Xudoyev
İdmançı: Asiman Qasımov
Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
11:40. Cüdo (oğlanlar), -73 kq, 1/8 final
İdmançı: Məhəmməd Ağakişiyev (Azərbaycan) - Antonio Stoyçeski (Şimali Makedoniya) - Tiqran Saruxanyan (Ermənistan) görüşünün qalibi
Məkan: Yan Sandanski İdman Mərkəzi
11:00. Taekvondo (oğlanlar), -55 kq, 1/32 final
İdmançı: Sila Uzuncavdar (Türkiyə) – Sehri Cəlalaova (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
14:00. Stolüstü tennis (qarışıq cütlər), 1/16 final
İdmançı: Kadet/Skalda (Rumıniya) - Uğur Nəzərli/Şəbnəm Mansurova (Azərbaycan)
Məkan: “Partizan” idman zalı