Bu gün Skopye-2025 çərçivəsində keçirilən taekvondo yarışlarında ikinci günə start verilib.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın daha üç üzvü festivalda mübarizə aparacaq. Artıq komandamızın ilk üzvü Aydın Süleymanov ilk görüşünü keçirib. -55 kq çəki dərəcəsində yarışan idmançımız 1/32 finalda çexiyalı Tomas Kainqə qalib gəlib.