EYOF-2025: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə apara bilər

EYOF-2025: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə apara bilər

Azərbaycan cüdoçusu Amin Mehdiyev XVIII Avropa Gənclər Yay Olimpiya festivalında növbəti görüşünə çıxıb. 

Olimpnews.az xəbər verir ki, -81 kq çəki dərəcəsində mübarizə aparan komandamızın üzvü 1/4 finalda gürcüstanlı Giorgi Mumladzeyə məğlub olub. 

Qeyd edək ki, gürcü idmançı finala çıxacağı halda cüdoçumuz bürünc medal uğrunda təsəliverici görüşdə mübarizə apacaq.