Skopye-2025-də çıxış edən cüdoçumuz Məhəmməd Ağakişey yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/4 finalda israilli Şahaf Levinə ipponla qalib gəlib.
Cüdoçumuzun yarımfinaldakı rəqibi gürcüstanli Valisi Qamezardaşvili olacaq.
Qeyd edək ki, cüdoçumuz daha əvvəl erməni rəqibinə də ipponla qalib gəlmişdi.