Skopye-2025: Oğlan üzgüçümüz də yarımfinaldan kənarda qalıb

Skopye-2025: Oğlan üzgüçümüz də yarımfinaldan kənarda qalıb

Skopye Bədən Tərbiyəsi və İdman İnstitutunun hovuzunda keçirilən üzgüçülük yarışı davam edir.

Olimpnews.az xəbər verir ki, 100 metr məsafəyə batterflay üsulu üzrə üzmə yarışlarında mübarizədə oğlanlar arasında təmsilçimiz Amin Oruclu da iştirak edib. O, 26 üzgüçü arasında 25-ci yeri tutub - 1:04.31. Bununla da Amin Oruclu yarımfinal mərhələsindən kənarda qalıb.