Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ

Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ

Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında dördüncü yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 6 (cüdo, taekvondo, üzgüçülük, şose velosipedi, stolüstü tennis, badminton) idman növündə mübarizə aparıblar.
Komandamız günü bir bürünc medalla başa vurub. Bununla da Azərbaycan komandasının Skopye-2025-də qazandığı medalların sayı 7-yə (3 qızıl, 2 gümüş, 2 bürünc) çatıb.
Komandamızın bugünkü nəticələrini təqim edirik:


Cüdo
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışlarının üçüncü günündə dörd çəki dərəcəsində 4 cüdoçumuz mübarizə aparıb. 
Yan Sandanski İdman Mərkəzində keçirilən yarışlarda komandamız günü bir bürünc medalla başa vurub. 
Günün yeganə medalını Məhəmməd Ağakişiyev (-73 kq) komandamızın aktivinə yazdırıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ilk mərhələdə erməni idmançısı Tiqran Saruxanyanı ipponla məğlub edib. Növbəti görüşdə israilli Şahaf Levini də üstələyən idmançımız yarımfinalda gürcüstanlı Valisi Qamezardaşviliyə məğlub olub. 
Məhəmməd Ağakişiyev bürünc medal uğrunda həlledici görüşdə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Aleksandr Aleinikova qalib gələrək üçüncü yerə layiq görülüb. 
Bu gün mübarizə aparan digər cüdoçularımız - Amin Mehdiyev (-81 kq), Səmayə Yusifli (-57 kq) və Ayan Əliyeva (-63 kq) erkən mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.  

Qeyd edək ki, EYOF-2025-in əvvəlki günlərində cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş, Aysun Məmmədova (-52 kq) isə bürünc medal qazanıb. 

3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.

Taekvondo
Skopye -2025 çərçivəsində keçirilən taekvondo yarışlarının ikinci günündə daha üç idmançımız mübarizə aparıb. Təmsilçilərimizdən Aydın Süleymanov (55 kq) 1/32 finalda çexiyalı Tomas Kainqə qalib gəlsə də növbəti görüşdə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Uladzimir Marozova məğlub olub.  
63 kq çəki dərəcəsində qüvvəsini sınayan Ziya Həsənli (63 kq) də eyni aqibətlə üzləşib. İlk mərhələdə polşalı Yakub Soltysiaka qalib gələn taekvondoçumuz 1/16 finalda türkiyəli Nüsret Ege Çakıra uduzaraq, yarışla erkən vidalaşıb. 
Festivalda mübarizə aparan digər xanım taekvondoçumuz Sehri Cəlalova (55 kq) isə 1/32 finalda türkiyəli Sila Uzuncavdara məğlub olaraq festivaldakı çıxışını başa vurub. 
Beləliklə, bu gün mübarizə aparan hər üç taekvondoçumuz yarışı medalsız tamamlayıb. 
Qeyd edək ki, sabah keçiriləcək taekvondo yarışlarının son günündə Yunis Hüseynov (73 kq) və Elcan Əliyev (+80 kq) dayanq üzərinə çıxacaq.

Stolüstü tennis
Bu gün Skopye-2025 çərçivəsində keçirilən stolüstü tennis üzə qarışıq cütlüklər arasında yarışlara start verilib. 
Uğur Nəzərli/Şəbnəm Mansurovadan ibarət cütlüyümüz də bu yarışda ölkəmizi təmsil edib. Mübarizəyə 1/16 finaldan başlayan təmsilçilərimiz Kadet/Skalda (Rumıniya) cütlüyünə məğlub olub (11:9, 11:8, 11:11). 
Bununla da “Partizan” idman zalında keçirilən stolüstü tennis üzrə qarışıq cütlüklərin mübarizəsi komandamız üçün başa çatıb.  


Üzgüçülük

Bu gün Skopye Bədən Tərbiyəsi və İdman İnstitutunun hovuzunda üzgüçülük üzrə növbəti yarışlar keçirilib. Festival iştirakçıları bu dəfə 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında iştirak ediblər. Qızların yarışında iki təmsilçimiz mübarizə aparıb. Yarımfinala vəsiqə uğrunda yarışıda Vlastilina Xasyanova (1:10.56) 39-cu yeri tutub. Digər təmsilçimiz Mehri Əbdürəhmanlı (1:14.56) bu növdə çıxışını 41-ci pillədə tamamlayıb. Bununla da hər iki üzgüçümüz yarımfinalda iştirak etmək şansını itirib. 
***
Bu gün eyni zamanda 100 metr məsafəyə batterflay üsulu üzrə üzmə yarışları da keçirilib. Yarışda oğlanlar arasında təmsilçimiz Amin Oruclu da mübarizə aparıb. O, 26 üzgüçü arasında 25-ci yeri tutub - 1:04.31. İdmançımız bununla da yarımfinal mərhələsindən kənarda qalıb.         
***
Bu gün Skopye Olimpiya Üzgüçülük Mərkəzində keçirilən oğlanların 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında yarımfinalçılar müəyyənləşib. Qitənin 34 üzgüçüsünün növbəti mərhələ mübarizəsində iki təmsilçimiz yarışıb. Ramal Sadıqlı (2:01.93) 28-ci, Fərhad Şirməmmədli (2:06.28) isə 34-cü yerlə kifayətlənib. Bu nəticələr təmsilçilərimizin yarımfinala yüksəlməsinə kifayət etməyib. 
***
Skopye-2025 çərçivəsində keçirilən qarışıq estafet 4x100 m kompleks üzmə yarışlarında finalçılar müəyyənləşib. Yarışda Azərbaycan komandası da təmsil olunub. Üzgüçülərimiz estafet yarışlarını 18-ci yerdə tamamlayıblar - 4:38.43. Bu nəticə ilə komandamız final mərələsindən kənarda qalıb. 

Şose velosipedi
Bu gün Skopye-2025 çərçivəsində Kumonova şəhər mərkəzində şose velosipedi üzrə yarışlar keçirilib. Festivala yollanan təmsilçilərimiz bu növdə uğur qazana bilməyiblər. Qızların yarışında Ceyla Həşimova (1:20) finişə 79-cu, Məryəm Hüseynova (1:30) 83-cü, Sevinc Sultanzadə (1:30) isə 84-cü yerdə çatıb. Oğlanların mübarizəsində Nihad Xudoyev (1:21) finişi 78-ci, Çingiz İsayev (1:32) 87-ci keçib. Asiman Qasımov isə iştirakçılar sırasında yer almayıb.

Badminton
Bu gün Skopye-2025 çərçivəsində keçirilən badminton üzrə qarışıq cütlüklərin yarışına start verilib. Yarışda Azərbaycan idmançıları da təmsil olunublar. 1/32 finalda mübarizəyə başlayan Əli Gözəlov/Viktoriya Kumanyayevadan ibarət cütlüyümüz İsveçrəni təmsil edən Arauxo/Putri cütlüyü ilə qarşılaşıb. Görüş rəqib komandanın 2:0 (5:21, 13:21) hesablı qələbəsi ilə yekunlaşıb. 
Bununla da badmintonçularımız festivalda qarışıq cütlüklərin yarışında mübarizəni dayandırıblar.

Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ Skopye-2025: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu - GÜNÜN NƏTİCƏLƏRİ