Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxır

Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxır

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.  

Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi "Sabah" da bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Rəqib Bolqarıstanın “Levski” klubu olacaq. Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək. 

Qeyd edək ki, "Sabah" II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubuna qalib gəlib.