DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib
Olimpizm xəbərləri
10.09.2025, 08:27
Ötən gecə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib. Olimpnews.az xəbər verir ki, D, F, H, I, K qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunub. D qrupunda yer alan Azərbaycan millisi Bakıda Ukrayna komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Azərbaycan və Ukrayna komandaları qrupda ilk xalını qazanıb. Fransa yığması İslandiya 2:1 hesabı ilə qalib gəlib. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Fransa yığması birinci, 3 xalı olan İslandiya seçməsi isə ikincidir. F qrupunda isə Ermənistan komandası İrlandiyanı 2:1 hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə Portuqaliya millisi çətin Macarıstan səfərindən 3:2 hesablı qələbə ilə ayrılıb. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Portuqaliya seçməsi F qrupunda birinci, Ermənistan isə 3 xalla ikincidir. Macarıstan və İrlandiya komandaları isə müvafiq olaraq, hərəyə bir xal toplayaraq üçüncü, dördüncü yerləri bölüşürlər. H qrupunda Kipr millisi Rumıniya ilə 2:2 hesablı bərabərliyə qalıb. Bosniya və Herseqovina millisi isə doğma meydanda Avstriyaya 1:2 hesabı ilə məğlub olub. Bosniya və Herseqovina, Avstriya 12 xalla birinci, ikinci yerləri bölüşürlər. Rumıniya 7 xalla üçüncü, Kipr isə 4 xalla dördüncüdür. Keçirdiyi bütün oyunlarda məğlub olan San Marino millisi isə sonuncudur. Gecənin ən böyükhesablı qələbəsi Norveçdə qeydə alınıb. I qrupunda yer alan Norveç komandası Moldovaya 11:1 hesabı ilə qalib gələrək xallarının sayını 15-ə çatdırıb və liderliyini möhkəmləndirib. İtaliya və İsrail milliləri isə 9 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Estoniya üç xalla dördüncü, Aktivində xalı olmayan Moldova isə sonuncudur. K qrupunda isə İngiltərə millisi Serbiya səfərindən 5:0 hesablı qələbə ilə qayıdıb. Albaniya və Latviya komandalarının oyununda isə meydan sahibləri minimal hesablı qələbəyə sevinib -1:0. Bu nəticə ilə İngiltərə komandası 15 xalla birinci, Albaniya 8 xalla ikinci, Serbiya isə 7 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan Latviyanın aktivində 4 xal var. Bütün görüşləri məğlubiyyətlə başa vuran Andorra isə sonuncudur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma