Rza Xəlilli: “Azərbaycan bayrağının qaldırılması mənim üçün unudulmaz anlarla yadda qaldı”
BOK
23.09.2025, 23:53
Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanın idman tarixinə daha bir parlaq səhifə yazdı. 50 kq çəki dərəcəsində tatami üzərinə çıxan gənc cüdoçumuz Rza Xəlilli mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandı və komandamıza ilk çempionluğu bəxş etdi. Gənc yaşına baxmayaraq, artıq Avropa Kubokunun mükafatçısı olan Rza Xəlilli, bu qələbə ilə ölkə idmansevərlərinin diqqətini üzərinə cəmləməyi bacardı. Yeniyetmə idmançımızla həm idmana gəlişindən, həm festivaldakı çıxışından, həm də gələcək planlarından danışdıq. - Rza, istərdik əvvəlcə özünü oxucularımıza təqdim edəsən? Necə oldu ki, həyatında idman, xüsusilə də cüdo bu qədər önəmli yer tutdu? - 2009-cu il aprelin 15-də Bakı şəhərində dünyaya gəlmişəm. Hazırda Respublika Olimpiya İdman Liseyinin 11-ci sinif şagirdiyəm. Beş yaşımda idmanın cüdo idman növü ilə məşğul olmağa başlamışam. Bu yola çıxmağımda ən böyük rol atam olub. İlk məşqçim Rəşad Rufullayev idi və onun rəhbərliyi ilə cüdonun sirlərinə yiyələndim. Əslində, uşaqlıqdan bu idman növünə xüsusi marağım vardı. Atam özü də cüdonu çox sevirdi, lakin mənə bu sevgini ötürən əsas amil Azərbaycan cüdoçularının beynəlxalq arenada qazandığı parlaq uğurlar idi. Olimpiya çempionlarımızın, dünya və Avropa mükafatçılarımızın qələbələri təkcə mənim yox, yüzlərlə gənc idmançının ürəyində böyük ümid və motivasiya yaradıb. Görünür, atam da məhz həmin uğurlardan təsirlənərək cüdo idman növünə xüsusi rəğbət bəsləyib və bu sevgini mənə ötürüb. - İlk dəfə tatami üzərinə çıxdığın an hansı hisslər keçirmişdin? - Əlbəttə, həmin anı heç vaxt unuda bilmirəm. İlk dəfə tatami üzərinə çıxanda çox həyəcanlı idim. Məncə, bu, hər bir idmançının yaşadığı təbii bir hissdir. Həyəcan insanı daha məsuliyyətli edir. - Skopye-2025 Avropa Gənclər Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırdın. Həmin yarışı necə xatırlayırsan? - EYOF mənim idman karyeramda xüsusi yeri olan yarışdır. Mübarizəyə 1/8 final mərhələsindən başladım və ümumilikdə dörd görüş keçirdim. İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisinə qalib gəldim. Ardınca Macarıstan və Böyük Britaniya idmançılarını da məğlub edərək finala vəsiqə qazandım. Həlledici görüşdə isə ispaniyalı rəqibə də qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Festival barədə danışanda xüsusi qeyd etməliyəm ki, ikinci mərhələdən etibarən rəqiblər daha güclü və təcrübəli idmançılar idi. Onlarla ilk dəfə üz-üzə gəlirdim. Bu isə mənim üçün yeni təcrübə oldu. Qələbəmdən sonra Azərbaycan bayrağının qaldırılması və himnimizin səslənməsi mənim üçün unudulmaz anlarla yadda qaldı. - Bu qələbə sənin həyatında və idman yolunda hansı dönüş nöqtəsini təşkil edir? - Düzünü desəm, hələ də həmin qələbənin sevincini tam sözlə ifadə etmək çətindir. Festivalda qızıl medal qazanmaq heç də asan deyil, çünki burada Avropanın ən yaxşı gənc cüdoçuları bir araya gəlir. Finala qədər irəliləyib, bütün rəqiblərimi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq mənim üçün həm qürur, həm də böyük xoşbəxtlikdir. Bu medal indiyə qədər qazandığım mükafatlar arasında ən dəyərlisi sayılır. Fürsətdən istifadə edib, bu uğurda əməyi olan federasiya rəhbərliyinə, yığma komandamızın baş məşqçisi Emin İskəndərova, məşqçimiz Nicat Şıxəlizadəyə və şəxsi məşqçim Rəşad Rufullayevə minnətdarlığımı bildirirəm. - Artıq yeniyetmələr arasında böyük uğura imza atmısan. Qarşıdakı əsas məqsədlərin nələrdir? - Mənim üçün ən böyük hədəf böyüklər arasında dünya, Avropa və Olimpiya çempionu olmaqdır. Bu üç titulu öz karyerasında birləşdirən Azərbaycan cüdoçusu çox azdır. Hazırda yalnız iki nəfər belə zirvəyə yüksəlib - Hidayət Heydərov və Zelim Kotsoyev. Onların uğurları bizim üçün həm nümunədir, həm də güclü motivasiya mənbəyidir. Mən də istəyirəm ki, gələcəkdə həmin yola addımlayım və bütün titullara sahib olum. Olimpiya çempionu olmaq hər bir cüdoçunun arzusudur. Mən də inanıram ki, bir gün zəhmətimin qarşılığını görərək Azərbaycan bayrağını Olimpiya Oyunlarında yüksəldəcəyəm. Hidayət və Zelim kimi idmançılar bizə göstərirlər ki, bu məqsədə çatmaq mümkündür. Mən də çalışıram ki, bir gün onların sırasında yer alım və ölkəmizi dünya arenasında layiqincə təmsil edim. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat