"Portuqaliya üçün oynamaq mənim üçün böyük şərəfdir"

"Portuqaliya üçün oynamaq mənim üçün böyük şərəfdir"

Portuqaliya millisinin və "Əl-Nəsr"ın hücumçusu Kriştianolu Ronaldo millinin qarşıdakı oyunları və seçmə mərhələdəki hədəfləri haqqında fikirlərini bölüşüb. "Biz hər dəfə qarşıdakı matçlar barədə düşünürük.  Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaq və bu mötəbər yarışın qalib olmaqdır. İndi iki matçımızı doğma azarkeşlər önündə keçirəcəyik. Onların əhatəsində biz daha güclü oluruq. Portuqaliya üçün oynamaq mənim üçün böyük şərəfdir. Mən əminəm ki, dünya çempionatına vəsiqə əldə edən komandalar sırasında yer alacağıq ”, - "O Bola" portalı Ronaldodan sitat gətirib. Məlumat üçün bildirək ki, Ronaldo futbolçu karyerası ərzində müxtəlif klublarda 805, Portuqaliya millisində isə 141 qol vurub.