"Kəpəz"dən minimal hesablı qələbə 

"Kəpəz"dən minimal hesablı qələbə 

Futbol üzrə Misli Premyer Liqasının XV turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, "Kəpəz" klubu Yevlax şəhər stadionunda "Qəbələ" ilə qarşılaşıb. Oyun "Kəpəz" klubunun qələbəsi ilə yekunlaşıb -1:0. Qələbə sayəsində xallarının sayını 9-a çatdıran Gəncə təmsilçisi 10-cu pillədə yer alıb. "Qəbələ" isə 8 xalla 11-cidir.