İdman sahəsində uğur qazanan məktəblilər Milli Olimpiya Komitəsində təltif olundu
BOK
03.02.2026, 12:59
Fevralın 3-də Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci ildə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib. Olimpnews.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektorun əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya çempionları, yüksək nəticələr göstərmiş məktəblilər, həmin məktəblərin direktorları iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca tədbirin aparıcısı 2025-ci il ərzində məktəblilərin idman sahəsində qazandıqları yerli və beynəlxalq uğurlar barədə qısa məlumat verib. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məktəblilərin idmanda qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu zalda ölkəmizin ən güclü idmançıları, dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları təltif olunublar. “Bu gün məktəbli gənclər mükafatlandırılır. Gələcəyin Olimpiya çempionları məhz bu gənclərin fəaliyyətindən asılıdır. Bir müddət sonra həmin məktblilər Azərbaycanı daha məsuliyyətli və nüfuzlu yarışlarda təmsil edəcəklər ki, bu da ölkə idmanının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Məktəbli gənclər dərk etməlidirlər ki, idman yalnız hobbi deyil, eyni zamanda sağlam həyat tərzinin formalaşması, vətənpərvərlik ruhunun güclənməsi və fiziki inkişafın əsas göstəricisidir”, - deyə Çingiz Hüseynzadə qeyd edib. Sonda Çingiz Hüseynzadə təltif olunan idmançıları təbrik edib və belə tədbirlərin onların gələcək uğurlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev çıxışında məktəblilərin idmana marağının artırılmasının, məktəbdənkənar fəaliyyətlərin təşkili və müəllimlərin bu prosesdə rolunun xüsusi əhəmiyyət daşıdığını bildirib. O, idmanın təhsil sistemindəki yerindən bəhs edərək, gənclərin formalaşmasında və şəxsiyyət kimi yetişməsində ən vacib amillərdən biri olduğunu qeyd edib. Çıxışlardan sonra 2025-ci ildə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
Bugün, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
Bugün, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
Bugün, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:36 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
Bugün, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
Bugün, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Bugün, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
Bugün, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
Bugün, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
Bugün, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
Bugün, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
Bugün, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Bugün, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
Bugün, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
Bugün, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
Bugün, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Bugün, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası