Həndbol üzrə Lənkəran birinciliyinə start verilib

Həndbol üzrə Lənkəran birinciliyinə start verilib

BOK

05.02.2026, 14:38

Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyinə start verilib.

Bu barədə Azərbaycan Həndbol Federasiyasından (AHF) məlumat verilib.

AHF-nin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda mübarizə aparır.

İki gün davam edəcək yarışın qaliblərinə kubok və diplomlar təqdim olunacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR