"Yaşıl qitə"dən olan snobordçu boynunu sındırıb

"Yaşıl qitə"dən olan snobordçu boynunu sındırıb

Avstraliyalı idmançı Kameron Bolton Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının snoubord üzrə yarışlarından kənarda qalıb.

Olimpnews.az ESPN-in məlumatına istinadən xəbər verir ki, "Yaşıl qitə"dən olan 35 yaşlı idmançı kross məşqləri zamanı boynunu sındırıb. O, müayinə üçün vertolyotla xəstəxanaya aparılıb. İtaliyalı radioloqlar onun boyun onurğasında iki sınıq aşkar edib. Bildirilir ki, avstraliyalı idmançının ciddi zədəsi onun gələcək karyerasına təsir etməyəcək.