İtaliyada təşkil olunan Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir.
Olimpnews.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci keçib.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.
Milan-Kortina-2026: Azərbaycan nümayəndə heyəti paraddan keçib


