Jalə Əliyeva: “Ardıcıl ikinci dəfə İslam Oyunlarının qalibi olmaq qürurvericidir” - MÜSAHİBƏ
Müsahibə
08.12.2025, 21:43
Azərbaycan qadın güləşinin son illərdə yetişdirdiyi ən parlaq simalardan biri olan Jalə Əliyeva növbəti dəfə adını qızıl hərflərlə tarixə yazdırdı.
57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız VI İslam Həmrəyliyi Oyunlarında bütün rəqiblərinə qalib gələrək ardıcıl ikinci dəfə bu mötəbər yarışın çempionu oldu. O, İslamiadada ilk qızılını 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qazanmışdı. Jalə Əliyeva İslamiadada əldə etdiyi və gələcək planları barədə Olimpnews.az saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Jalə xanım, VI İslam Həmrəyliyi Oyunlarında qazandığınız çempionluq ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər yarışa hazırlıq prosesi necə keçdi? Sizin üçün ən çətin mərhələ hansı oldu?
- VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaq mənim üçün həm böyük qürur, həm də məsuliyyət idi. Yarışa hazırlıq prosesində həm fiziki, həm də psixoloji hazırlıq üzərində ciddi şəkildə çalışdıq. Düzünü desəm, ən çətin məqam məhz yüksək təzyiq altında özümü ruhən möhkəm saxlamaq idi. Lakin komanda yoldaşlarımın, məşqçilərimin davamlı dəstəyi və inamı sayəsində bütün çətinliklərin öhdəsindən gəlməyi bacardım.
- Ardıcıl ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oldunuz. Fərqli ölkələrdə çempionluq sevinci yaşayan idmançı kimi, bu iki yarışın oxşar və fərqli cəhətlərini nədə görürsünüz?
- İslam Həmrəyliyi Oyunlarının ardıcıl qalibi olmaq qürurvericidir. Hər iki yarışın özünəməxsus çətinlikləri və gözəllikləri var. Oxşar cəhət ondan ibarət idi ki, hər iki turnirdə son dərəcə yüksək rəqabət hökm sürürdü və Azərbaycan bayrağını zirvəyə qaldırmaq hər dəfə eyni dərəcədə qürurverici idi. Fərqli məqamlar isə əsasən yarışların keçirildiyi ölkələr, ümumi atmosfer və azarkeş dəstəyi ilə bağlı idi. Müxtəlif ölkələrdə çempionluq qazanmaq idmançının fərqli mühitlərə uyğunlaşmaq bacarığını formalaşdırır və onun təcrübəsini daha da zənginləşdirir.
- Yarışdan sonra ilk olaraq kiminlə danışdınız və həmin an eşitdiyiniz təbrik sizə necə təsir bağışladı?
- İlk olaraq anamla danışdım. Onu hər zaman sevindirmək mənim üçün ən böyük xoşbəxtlikdir. Anamın dəstəyi mənim üçün çox dəyərlidir.
- İslamiada ərzində hansı görüş sizin üçün daha çətin oldu?
- Bu yarışda mənim üçün ən həlledici görüş Türkiyə təmsilçisi ilə oldu. Həmin rəqiblə əvvəlki turnirlərdə də qarşılaşmışdım. Onun nə qədər güclü, taktiki baxımdan hazırlıqlı idmançı olduğunu yaxşı bilirdim. Rəqibimə düzgün taktika seçməklə qalib gəldim. Məhz bu görüş yarışın taleyini mənim üçün həll edən dönüş nöqtəsi oldu.
- Bu Oyunlarda medal qazanan qadın güləşçilərimizin əksəriyyəti regionlardan yetişən idmançılardır. Sizcə, regionlarda qadın güləşi üçün bu yarışın hansı təsirləri var?
- Bu Oyunlarda medal qazanan qadın güləşçilərin əksəriyyətinin regionlardan çıxması bir daha göstərdi ki, bölgələrdə də istedadlı və yüksək potensiala sahib idmançılar yetişir. İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda əldə edilən nəticələr regionlarda qadın güləşi üzrə marağın və dəstəyin artmasına səbəb olacaq. Bu da gələcəkdə daha geniş və güclü bir idmançı bazasının formalaşmasına zəmin yaradacaq.
- 2025-ci il ümumilikdə sizin üçün necə keçdi?
- 2025-ci il mənim üçün həm zədələrlə, həm də uğurlarla dolu oldu. Zədələrim çox olsa da, onlarla mübarizə apardım. Özümə ən böyük iradım bəzən zədələrin təsiri altında tam potensialımı göstərə bilməməyimdir. Amma buna baxmayaraq, əzmlə çalışaraq, medallarla və uğurlarla dolu bir il keçirdim.
- Bəzən güləşdə bir məğlubiyyət idmançıya qələbədən də daha çox dərs verir. Sizi daha da gücləndirən, yadda qalan belə bir məğlubiyyətiniz olubmu?
- Bəli, belə bir məğlubiyyətim olub və əminliklə deyə bilərəm ki, həmin qarşılaşma mənə çox önəmli dərslər verdi. Doğrudur, qələbə anlarında bəzən buraxdığımız səhvləri görmürük, lakin məğlubiyyət insanı daha dərindən düşünməyə, özünü təhlil etməyə vadar edir. Mənim üçün ən yaddaqalan məğlubiyyətlərdən biri beynəlxalq turnirlərin birində, gözləmədiyim məqamda oldu. Həmin qarşılaşma mənə həm texniki, həm də psixoloji baxımdan hansı cəhətlər üzərində daha çox çalışmalı olduğumu açıq şəkildə göstərdi.
- Üç il sonra Olimpiya həyəcanı başlayacaq. Sizcə, bu müddətdə hansı cəhətlərdə daha çox inkişaf etməlisiniz ki, olimpiadaya vəsiqə qazanıb, uğur əldə edəsiniz?
- Bu müddətdə ideal formada olmaq üçün bir neçə əsas sahədə inkişaf etməliyəm. Birincisi, fiziki hazırlığımı maksimum səviyyəyə çatdırmaq, dözümlülük və gücümü artırmaqdır. İkincisi, texniki və taktiki bacarıqlarımı daha da təkmilləşdirmək, rəqiblərin strategiyalarına daha çevik uyğunlaşmaq önəmlidir. Üçüncüsü, psixoloji hazırlıq üzərində işləmək, yarış stresi ilə mübarizə aparma qabiliyyətimi gücləndirmək və özümə inamımı artırmaq vacibdir. Bundan əlavə, zədələrdən qorunmaq və bərpa proseslərini optimallaşdırmaq da əhəmiyyətlidir. Bütün bunlar mənə olimpiadaya ən yaxşı formada hazırlaşmağa kömək edəcək.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
Bugün, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
Bugün, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
Bugün, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
Bugün, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Bugün, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
Bugün, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
Bugün, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
Bugün, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası