Azərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi   

Azərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi   

Olimpiya dünyası

23.06.2026, 10:00

Azərbaycan Badminton Federasiyasının baş katibi Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasında yeni vəzifəyə təyin edilib.

Olimpnews.az xəbər verir ki, o, Türkiyə Güləş Federasiyasında beynəlxalq təmsilçilik və xarici əlaqələr üzrə direktor kimi fəaliyyət göstərəcək. Təyinat federasiyanın prezidenti Taha Akgülin imzaladığı qərarla rəsmiləşib.

Əjdər Cəfərov Türkiyədəki fəaliyyəti əsasən onlayn şəkildə icra olunacaq və bu, Azərbaycan Badminton Federasiyasındakı işinə mane olmayacaq. Onun əsas vəzifəsi Türkiyə Güləş Federasiyası ilə Dünya Güləş Birliyi arasında əlaqələrin daha da gücləndirilməsidir. 

Qeyd edək ki, Əjdər Cəfərov bu ilin fevral ayından Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsini icra edir. O, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. Əjdər Cəfərov idman ustası, Əməkdar məşqçi və Olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR