Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı

Konfrans Liqası: \"Qarabağ\" pley-offa vəsiqə qazandı

Gündəm

13.08.2026, 22:11

"Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib.

Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.

Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını pley-offa yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR