Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Su idman növləri

28.08.2026, 18:15

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr aralığında Azərbaycan çempionatı keçiriləcək.

Olimpnews.az  Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadə xəbər verir ki, akademik avarçəkmə, kayak və kanoe növləri üzrə yarış Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı baş tutacaq.

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR