Məşhur sovet gimnastı, 9 qat Olimpiya çempionu Larisa Latınina Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi MOKA Baş Assambleyasının Banqkokdakı iclasında keçirilib. Larisa Latınina deyib: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Burada idmanın inkişafı naminə çalışan insanlarla bir arada olmaqdan qürur duyuram. Mənə layiq gördüyünüz bu mükafatı 80 illik yubileyimə ən gözəl hədiyyə hesab edirəm. Hamınıza təşəkkür edirəm”.
Xatırladaq ki, Latınina SSRİ Əməkdar idman ustası, idman gimnastikası üzrə doqquzqat Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionatlarının qalibidir. 2012-ci ilə qədər o, Olimpiya oyunlarında qazandığı medalların sayına görə rekordçu kimi tarixə düşüb. London-2012 Olimpiadasında ABŞ idmançısı Maykl Felps sovet gimnastının rekordunu təzələyib.