Bilet satışının ilk mərhələsi başa çatıb

Bilet satışının ilk mərhələsi başa çatıb


Braziliyalılar arasında Rio-2016 Yay Olimpiya Oyunlarına bilet satışında ən çox tələbat futbol və voleybol idman növlərinədir. Bundan başqa biletlərin əsas hissəsi olimpiadanın basketbol, üzgüçülük və atletika yarışları üçün satılıb.
Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarına bilet satışının ilk mərhələsi aprelin 30-da başa çatıb.