RUSADA-nın fəaliyyəti dayandırılıb

RUSADA-nın fəaliyyəti dayandırılıb



Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya antidopinq laboratoriyasının fəaliyyətini dayandırıb.
Bu barədə WADA-nın rəsmi saytında xəbər verilir.
WADA-nın verdiyi xəbərdə laboratoriyanın lisenziyadan məhrum edilməsi, habelə, direktor Qriqori Rodçenkovun antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar qovulması tövsiyə olunub. Xəbəri Rusiya Antidopinq Agentliyi (RUSADA) də təsdiqləyib.
Qeyd edək ki, Rusiya atletləri dopinq qalmaqalı ilə əlaqədar Rio-2016 Yay Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi ilə üzləşiblər.