"Böyük İpək Yolu" turnirində 10 ölkənin boksçusu iştirak edəcək 

"Böyük İpək Yolu" turnirində 10 ölkənin boksçusu iştirak edəcək 

Bakıda keçiriləcək boks üzrə "Böyük İpək Yolu" turnirinə qatılacaq ölkələr və idmançıların sayı bəlli olub.

Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Yarışda 10 ölkədən 150-dək boksçunun iştirak edəcəyi gözlənilir. Medallar uğrunda Azərbaycanla yanaşı, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan idmaçıları mübarizə aparacaq.

Qeyd edək ki, "Böyük İpək Yolu" turniri aprelin 2-dən 8-dək Bakı Boks Mərkəzində təşkil olunacaq.