Çinin Olimpiya komandası Rio-de Janeyroda birinci olacaqmı?

Çinin Olimpiya komandası Rio-de Janeyroda birinci olacaqmı?

Bu il Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Çin komandasının daha çox medal qazanacağı ehtimal edilir.

Olimpnews.az saytının məlumatına görə, Avstraliya Olimpiya Komitəsinin bununla bağlı proqnozlarında belə deyilir.

Avstraliyalı mütəxəssislər bu proqnozu 2015-ci il ərzində keçirilən irimiqyaslı beynəlxalq turnirlərin nəticələrinə əsasən veriblər. Onların proqnozuna görə, Çin Olimpiya komandası Rio-de Janeyroda 35 qızıl medalla 1-ci yerdə olacaq. ABŞ olimpiyaçıları Braziliyada 33 medalla 2-ci yeri tuta bilər. Rusiya idmançıları isə 25 qızıl medal qazandıqları halda 3-cü pillədə qərarlaşacaqlar.