Los-Anceles əhalisinin 80 faizi olimpiadanı dəstəkləyir

Los-Anceles əhalisinin 80 faizi olimpiadanı dəstəkləyir

ABŞ-ın Los-Anceles şəhərinin sakinlərinin 80 faizi bu şəhərin 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına namizədliyini dəstəkləyir.

Olimpnews.az saytının məlumatına görə, bu barədə Los-Aneceles-2024 Ərizə Komitəsinin sədri Djin Saykas məlumat verib. O bildirib ki, şəhər sakinləri Olimpiya Oyunlarının burada keçirilməsinə müsbət yanaşırlar. "Bizim böyük dəstəyimiz var. Sorğular göstərir ki, 80 faizdən çox insan şəhərimizin namizədliyini dəstəkləyir. Düşünürəm ki, namizədliklə bağlı heç bir problem olmayacaq”, - deyə Sayks əlavə edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Hamburq (Almaniya), Roma ( İtaliya ), Los-Anceles ( ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) şəhərlərinin adları 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına namizədlər siyahısında yer almışdı. Amma buyaxınlarda Hamburqda keçirilən referendumun nəticələri bu şəhərin olimpiadaya namizədlikdən imtina etməsinə səbəb olub. Bununla da Hamburqun adı namizədlər siyahısından çıxarılıb.

Məlumat üçün bildirək ki, Olimpiada-2024-ün ev sahibinin adı 2017-ci ildə açıqlanacaq.