Olimpiya çempionu diskvalifikasiya edildi

Olimpiya çempionu diskvalifikasiya edildi



Cənubi Koreyanın Ağırlıqqaldırma Federasiyası Pekin-2008 Yay Olimpiya Oyunlarının çempionu Sa Ce Heukanı həmkarı Xvan U Manı döydüyü üçün 10 illik müddətə diskvalifikasiya edib.
"Associated Press" Agentliyinin yaydığı məlumata görə, Xvan U Man sağalmaq üçün 6 həftə müalicə kursu keçəcək.
Qeyd edək ki, Sa Ce Heuka 77 kq çəki dərəcəsində Olimpiya çempionudur.