Pekin-2022 Təşkilat Komitəsi fəaliyyətə başlayıb

Pekin-2022 Təşkilat Komitəsi fəaliyyətə başlayıb

Pekin şəhər kommunist partiyası komitəsinin müavini Qo Tzilun Pekin-2022 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri seçilib. Olimpnews.az saytının məlumatına görə, təşkilat Komitəsi rəsmi olaraq dekabrın 15-də fəaliyyətə başlayıb. Qo Tzilun qeyd edib ki, onun ilk işi Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı müqaviləni gözdən keçirmək olacaq.

Xatırladaq ki, Pekin şəhəri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyul ayında Malaziyanın Kuala-Lumpur şəhərində keçirilən 128-ci sessiyasında 2022-ci ildə təşkil ediləcək qış Olimpiya və paralimpiya oyunlarının paytaxtı seçilib. Çinin paytaxtı bu mübarizədə yeganə rəqibi olan Almaatı şəhərini cəmi 4 səs çoxluğu ilə geridə qoyub. Beləliklə, Pekin həm qış, həm də yay Olimpiya oyunlarını qəbul edən şəhər kimi tarixə düşəcək.