BOK Vanessa Meyin nəticələrini ləğv etmədi

BOK Vanessa Meyin nəticələrini ləğv etmədi



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya oyunlarının iştirakçısı Vanessa Meyin nəticələrini ləğv etməyi düşünmür.

Xatırladaq ki, tailandlı məşhur skripkaçı Vanessa Mey Soçi-2014 Qış Olimpiya Oyunları çərçivəsində slalom yarışlarında axıncı nəticə göstərib. Sonralar o, olimpiadaya seçim turlarında nəticələrin saxtalaşdırılmasına görə 4 il müddətinə diskvalifikasiya edilib.
Qərardan narazı olan Vanessa Mey Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) appelyasiya ərizəsi ilə müraciət edib. Məhkəmə onun ərizəsinə müsbət cavab verib. Məşhur skripkaçı ona vurulan mənəvi ziyana görə Beynəlxalq Xizək İdmanı Federasiyasına (FİS) da şikayət edəcəyini bildirib.