Olimpiya çempionu hamını aldadıb

Olimpiya çempionu hamını aldadıb



1984-cü ildə keçirilən Los-Anceles yay Olimpiya Oyunlarında atletikanın diskatma növündə qızıl medal qazanmış Ria Stalman dopinqdən daim istifadə etdiyini etiraf edib.

Hollandiyalı qadın idmançı bu barədə ABŞ-ın NOS telekanalına açıqlamasında deyib.

Hazırda 64 yaşında olan R.Stalman karyerasının son 2,5 ilində daim anabolik steroidlər qəbul etdiyini söyləyib. O, karyerasını elə həmin olimpiadadan sonra 32 yaşında ikən başa vurub.


"olimpnews.az”